İran çalxalanır: CƏNUBİ AZƏRBAYCAN NİCAT YOLUNDA
ŞƏRH

ABŞ Prezidenti Cozef Bayden İrandakı durum barədə danışıb. O bildirib ki, İran azad olunacaq. 

 

Təxminən 1 aydır ki, İranda durum gərgindir. Çadrasız gəzdiyinə görə gənc qızın öldürülməsindən sonra ölkədə aksiyalar dayanmır. Etirazlar yaxın vaxtlarda səngiyənə oxşamır. Çünki hazırkı mitinqlər uzun illər hakimiyyətin davam etdirdiyi istibdadın nəticəsidir. Əslində yerli xalq hakimiyyətin əlindən çoxdan bezib. Ayağa qalxmaq üçün sadəcə bir təkan lazım idi. Və o təkan tapıldı. 

 

İndi dünyada çox ciddi geosiyasi proseslər baş verir. Ukraynadakı müharibə bu prosesin kulminasiya nöqtəsidir. Çünki sözügedən savaş regional yox, qlobal xarakter daşıyır. Davam edən döyüşlər müxtəlif ölkələrə, o cümlədən də İrana təsir edir.  

Hadisələr göstərir ki, dünyanın aparıcı dövlətlərindən biri olan ABŞ rəqiblərini, o cümlədən Rusiya, İran və Çini zəiflətməyi qarşısına məqsəd qoyub. Əvvəllər də dediyimiz kimi, Qərb bu planın tərkib hissəsi kimi öncə Ukraynada “bataqlıq” yaratdı. Sonra Rusiyanı bu “bataqlığa” çəkdi. Ardınca İran “Şahed” PUA-ları ilə Rusiyanı dəstəkləməyə başladı və istər-istəməz bu “bataqlığa” çəkildi. İndiyədək ABŞ və müttəfiqləri bir neçə dəfə Tehrana xəbərdarlıq ediblər. Çox güman, Ağ Evin İrana qarşı sanksiyaları yaxın vaxtlarda bir az da güclənəcək.

 

Bu ərəfədə İranda belə ciddi miqyasda etiraz aksiyalarının keçirilməsini təsadüfi hesab etmirəm. Mitinqlərdə ikinci tərəfin, o cümlədən ABŞ-ın əlinin olması istisna deyil. Nəzərə almaq lazımdır ki, adətən təbii aksiyalar maksimum 10 gün davam edir. İranda isə mitinqlər ay yarımdır səngimir. Kənar gücün təsiri olmadan buna nail olmaq mümkünsüzdür..

 

İrandakı aksiyalar kifayət qədər mütəşəkkildir. Mitinqlərin yaxın vaxtda başa çatacağı ağlabatan deyil. Çox güman, etirazçılar istədiklərinə nail olanadək mübarizə aparacaqlar.   

Yaxın gələcəkdə İrandakı aksiyaların miqyasının daha da genişlənəcəyi mümkündür. Bu, gələcəkdə Cənubi Azəbaycana muxtariyyətin verilməsi, hətta Cənubi Azərbaycanın müstəqilləşməsi ilə nəticələnə bilər. İkinci bir tərəfdən, İrandakı molla rejiminin süqutuna da çox qalmayıb. Böyük ehtimalla İrandakı aksiyaların nəticələrindən biri də məhz bu olacaq. Hər halda Qərb bu cür fürsəti əldən verməz. 

 

Beləliklə, İranda baş verən aksiyalar "rəngli inqilabı" xatırladır və böyük ehtimalla, nəticəsiz qalmayacaq.

 

Kənan Novruzov, 

siyasi ekspert






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.