Molla rejiminin yeni fitnəsi: ŞİRAZDAKI TERRORDA “AZƏRBAYCAN İZİ” AXTARIŞI...

İranın Kəşfiyyat Nazirliyi (ETTELAAT) ölkənin Şiraz şəhərindəki Şahçıraq ziyarətgahında törədilən terror aktına görə Azərbaycanı ittiham edən bəyanat yayıb. Bəyanatda terror aktını İŞİD-lə əlaqəli olan 26 nəfərin təşkil etdiyi və onların arasında Azərbaycan, Əfqanıstan və Tacikistan vətəndaşlarının olduğu iddia edilib.

 

Bəyanatın əsas diqqətçəkən tərəfi isə Azərbaycan vətəndaşının Bakıda Heydər Əliyev hava limanından Tehranın İmam Xomeyni hava limanına uçduğu və bundan sonra bunu Azərbaycan Respublikasındakı əlaqələndiricisinə bildirdiyinin qeyd olunmasıdır. 

 

Nə baş verir?

 

ETTELAAT yaydığı bəyanat ilə açıq şəkildə Azərbaycanı ittiham edir və Şahçıraq ziyarətgahında baş verən silahlı hücumun məsuliyyətini rəsmi Bakının üzərinə yıxmağa çalışır. Bəyanatda Azərbaycanla bağlı qeyd etdiyimiz iddialar DTX-nın bir neçə gün öncə keçirdiyi əməliyyatlara verilən “cavabdır”. 

 

Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməni ifşa etməsi ilə bağlı məlumat yaydı. Məlumatda ən çox diqqətçəkən və müzakirə olunan məqam isə İranın Azərbaycandakı səfirliyinin bu silahlı birləşmə ilə əlbir olması faktıdır. 

 

Görünür, DTX-nın keçirdiyi əməliyyat İranı çox narahat edib və məhz buna görə ETTELAAT Şahçıraq ziyarətgahına təşkil edilən hücuma Azərbaycan vətəndaşının başçılıq etdiyini iddia edib. Məlumatda qeyd edilən “bundan sonra bunu Azərbaycan Respublikasındakı əlaqələndiricisinə bildirib” ifadəsini də DTX-nın İranın Azərbaycandakı səfirliyinin bu silahlı birləşmə ilə əlbir olması barədə açıqlamasına verilmiş “cavab” hesab etmək olar.

 

Molla rejimi nəyə nail olmaq istəyir?

 

Molla rejimi Məhsa Əmininin ölümündən sonra başlanan və hər gün daha da böyüyən etiraz aksiyalarını faktiki olaraq dayandıra, daxili sabitliyi bərpa edə bilmir. Buna görə də indiki məqamda daxili auditoriyanı sakitləşdirmək və prosesləri manipulyasiya etmək üçün fərqli vasitələrə əl atır. 

 

Belə ki, Şiraz şəhərindəki Şahçıraq ziyarətgahında baş verən silahlı hücum birbaşa İran tərəfindən təşkil edilməsə də, hadisənin baş verməsinə göz yumulduğu aydın görünür. Çünki Şiraz İranın mərkəzi vilayətlərindəndir və bu vilayətdə İŞİD və ya başqa bir terror təşkilatının rahatlıqla terakt həyata keçirməsi mümkün deyil. Yəni belə bir hadisənin baş verəcəyini rəsmi Tehran bilirdi və buna bilərəkdən göz yumdu. 

 

Rejimin bu hadisənin baş verməsinə göz yummaqda konkret maraqları var:

 

Birincisi, molla rejimi bununla “təhlükəsizliyi qorumaq” üçün aksiyalara qarşı silah gücünün tətbiqini legitimləşdirir, zəvvarların hədəf seçilməsi ilə mollaların dayaqlarını möhkəmləndirir.

 

İkincisi, Şahçıraq aktında “baş terrorçu”nun Bakıdan uçması iddiaları Azərbaycanı “regionda terror ixrac edən ölkə” kimi göstərməyə hesablanıb. 

 

Üçüncüsü, rejim bununla həm də ölkə daxilində Azərbaycanın düşmən obrazını yaradır. Bu, Güneydə milli hərəkatın genişlənməsinə qarşı da düşünülmüş ssenaridir.

 

Dördüncüsü, İran “terrorla mübarizə” adı altında Azərbaycana qarşı mümkün müdaxilə ssenarilərinə əsaslar formalaşdırır.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.