"Qərbin Ukraynaya verdiyi silahlar İrana ötürülə bilər"
BRİTANİYANIN MÜDAFİƏ NAZİRİNDƏN SENSASİON İDDİA

Ukraynaya verilən Qərb silahlarının İrana daxil olması riski var. Lakin bu cür silahlarda qabaqcıl texnologiyalar yoxdur.

 

Sky News xəbər verir ki, bunu Britaniyanın müdafiə naziri Ben Uolles deyib. 

 

O vurğulayıb ki, Qərbin Ukraynaya verdiyi silahların İrana daxil ola bilməsi çox da narahatlıq doğurmur. Nazir qeyd edib ki, onun kabineti Rusiyanın İrana 140 milyon avro ilə birlikdə Britaniya və Amerika tank və zenit-raket kompleksləri çatdırdığına dair məlumatları araşdırır. Bunun müqabilində onlar Ukraynaya qarşı istifadə üçün nəzərdə tutulan onlarla pilotsuz təyyarə alıblar.

 

"Əlbəttə, biz bunların baş verməsini istəmirik. Amma mahiyyət etibarı ilə bu, Ukraynaya kömək etməyin vacib olduğuna qərar verəndə üzərimzə götürdüyümüz riskdir", - Uolles əlavə edib.

 

Nazir qeyd edib ki, bu əks effekt də verir. Britaniya və onun NATO müttəfiqləri ukraynalıların ələ keçirdikləri Rusiya silahlarını öyrənə biliblər. 

Uolles izah edib ki, İngiltərənin Ukraynaya verdiyi və İranın əlinə keçə biləcək "NLAW" tank əleyhinə raketlər hələ yeni nəsil texnologiya ilə təchiz olunmayan, lakin son dərəcə təsirli silahlardır.

 

Nazir detallardan da danışıb. Onun sözlərinə görə, Britaniyanın sahib olduqları ilə iranlıların inkişaf etdirdikləri - əgər onların nüvə silahı varsa, arasında fərqlər olacaq.

 

Qeyd edək ki, Böyük Britaniya qışda Ukraynaya dəstəyini gücləndirməyi planlaşdırır. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.