“Microsoft” Azərbaycandakı nümayəndəliyini bağlayır?
AÇIQLAMA

“Microsoft” şirkəti Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırmır.

 

Bu barədə “Report”a şirkətdən bildirilib.

 

“Microsoft”un Azərbaycan ofisi bağlanmır və ehtiyac olarsa, şirkət açıqlama yayacaq”, - deyə məlumatda qeyd olunub.

 

Məlumata görə, “Microsoft Azərbaycan”dan təxminən 10-a yaxın əməkdaş ixtisar edilib, o cümlədən baş meneceri Qaçay Mirzəyev və bir sıra əməkdaşları şirkətdən ayrılıb. İxtisar edilən əməkdaşlar əsasən Rusiya və Ukraynada icra edilən və hazırda icrası dayandırılan layihələrdə çalışan işçilərdir.

 

Ötən gün sosial şəbəkələrdə və bir sıra KİV-lərdə isə “Microsoft Azərbaycan”ın ölkəmizdəki ofisini bağlanması ilə bağlı məlumat yayılıb.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, Azərbaycanın “Microsoft”la əməkdaşlığı davam edir: ““Microsoft” şirkətinin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətini dayandırması ilə bağlı səsləndirilən fikirlərlə əlaqədar bildiririk ki, hər bir şirkət fəaliyyət strategiyasını və əhatə dairəsini özü müəyyən edir. Eyni zamanda diqqətinizə çatdırırıq ki, “Microsoft” nümayəndəliyinin fəaliyyətinin dayandırılması şirkətlə Azərbaycan hökuməti arasında mövcud əməkdaşlığın dayandırıldığını ifadə etmir. Hazırda şirkət tərəfdaşları vasitəsi ilə Azərbaycanın dövlət qurumları və özəl şirkətləri ilə əməkdaşlığını uğurla davam etdirir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.