Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov “Twitter” hesabında Ağdam şəhərinin işğaldan azad edilməsinin ikinci ildönümü ilə bağlı paylaşım edib.
Senzor.az bildirir ki, paylaşımda deyilir:
“Ağ günün mübarək, Ağdam!”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistanın Baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin 2020-ci il noyabrın 10-da imzaladıqları üçtərəfli bəyanata uyğun olaraq Ağdam rayonu noyabrın 20-də Azərbaycana qaytarılıb. Bununla da 27 il ərzində işğal altında olan Ağdam şəhəri qəsbkarlardan tamamilə azad edilib, həmin gün Azərbaycan Ordusunun bölmələri rayona daxil olub və orada bayrağımız ucaldılıb.
Ağ günün mübarək, #Ağdam!
— Emin Huseynov (@Emin_H_official) November 19, 2022
Со светлым днем, #Агдам!
Happy bright day, #Agdam!https://t.co/Z9xkAUVU31