Əl-Qaidə terror təşkilatı futbol üzrə dünya çempionatında (DÇ) iştirak edənləri daşqalaq etməyə çağırıb.
“Qafqazinfo” xəbər verir ki, təşkilat Qətərdə keçirilən beynəlxalq tədbirin müsəlmanların ədaət-ənənələrinə uyğun olmadığını bildirib.
Əl-Qaidə dünya çempionatını müsəlmanların dəyərlərini məhv etməyə yönəlmiş işğal adlandırıb: “Ərəbistan yarımadası homoseksuallar, ateistlər və əxlaqsız insanlarla doludur. Kubok üçün gələnlərin davranışı bizim cəmiyyətlərə, müsəlmanlara yaddır. Müsəlmanlar onları daşqalaq etməklə öz vəzifələrini yerinə yetirə bilərlər”.
Təşkilat buna icazə verən Yaxın Şərq ölkələrinin də məsuliyyət daşıdığını bəyan edib.