Bayden İranı məğlub edən ABŞ millisini təbrik etdi – “BU ƏN VACİB MATÇ İDİ!”

ABŞ Prezidenti Cozef Bayden Miçiqandakı çıxışından sonra dünya çempionatında Birləşmiş Ştatlar millisinin İran komandası üzərində qələbəsindən xəbər tutaraq, futbolçuları təbrik etmək üçün səhnəyə qayıdıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bundan əvvəl iqtisadi mövzularda çıxış edən Bayden sevinclə deyib: "ABŞ (hesabda-red.) bir, İran sıfırdır! Oyun bitdi!". 

 

"ABŞ! ABŞ! Bu, ən vacib matçdı, dostlar. Onlar (amerikalı futbolçular və onların məşqçisi - red.) bunu etdilər, Allah onları qorusun! Ümumiyyətlə, mən sadəcə fikirləşdim ki, sizə maraqlı olacaq", - deyə Prezident tamaşaçıların sevincli nidalarına əlavə edib.

 

Qeyd edək ki, ABŞ yığması Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksələn növbəti komanda olub. Amerikalılar buna B qrupunun III turunun İranla oyununda 1:0 hesablı qələbə qazanaraq nail olublar.

 

Komanda növbəti raundda A qrupunun birincisi Niderland yığması ilə üz-üzə gələcək.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.