“Urmiyə gölünün qurudulması azərbaycanlılara qarşı ayrı-seçkilikdir”.
Bunu Təbriz əsilli və hazırda Fransada yaşayan azərbaycanlı tədqiqatçı, İran azərbaycanlılarının insan hüquqları müdafiəçisi, "Ərk" İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizli noyabrın 30-da "Urmu gölünün harayı" adlı tədbirdə deyib.
O qeyd edib ki, Urmu gölünün böyük hissəsi qurudulub.
“14 milyon insan oradan köçməlidir. Çünki bu onların sağlamlıqlarına ciddi ziyan vurur. Sağlamlıqları üçün ciddi təhlükə var. Düz yelləri başlasa Tehrana qədər gedib çatacaq. Hər birimiz buna etiraz etməliyik”,
J.Təbrizli bildirib ki, BMT-də, UNESCO-da Urmiyə gölünün qurumasının qarşısının alınması üçün vəsait ayrılmasına dair məsələ qaldırıblar.
“İran həmin vəsaiti özü üçün xərclədi. Ancaq gölün quruması üçün heç bir vəsait xərcləmədi. Urmiyə gölünün quruması Azərbaycana qarşı ayrı-seçkilikdir. İranda bir nəfər yoxdur ki, desin ki, mən buna görə məsuliyyət daşıyıram. Hazırda gölün 95 faizi quruyub.” - "Ərk" İnsan Haqları Komitəsinin sədri vurğulayıb.