“NATO-nun vəzifəsi Ukraynanı dəstəkləmək və Ukraynadan kənarda müharibənin qarşısını almaqdır”
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının Ukrayna münaqişəsi ilə bağlı vəzifəsi barədə danışarkən deyib.
Onun sözlərinə görə, məhz bu məqsədlə alyans hər bir müttəfiqini müdafiə etməyə hazır olduğunu göstərmək üçün Rusiyaya aydın siqnallar göndərir.
Stoltenberq bir daha vurğulayıb ki, NATO Ukrayna münaqişəsinin tərəfdarı deyil və bu münaqişəyə qarışmayacaq.
“Biz Ukraynanın tərəfindəyik və ona özünü müdafiə etmək hüququna kömək edirik”, - deyə o, yekunlaşdırıb.