Noyabrda İsraildə keçirilən növbədənkənar seçkilərdə qalib gəlmiş və yeni hökumət qurmaq səlahiyyətləri əldə etmiş Binyamin Netanyahu amerikalı jurnalist Beri Veysə müsahibə verib.
Senzor.az bildirir ki, söhbət zamanı o, Türkiyə ilə əlaqələrin perspektivlərindən də bəhs edib.
B.Netanyahu jurnalistin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla əlaqələri haqqında sualına cavabında deyib: “Noyabrın 17-də Türkiyə lideri ilə danışıqlarım oldu. Münasibətlərimiz yaxşılaşıb. Qeyd edim ki, aramızda dostcasına dialoq oldu və mən bundan çox məmnunam. Düşünürəm ki, bu, çox mühümdür”.
B.Netanyahu əlavə edib ki, Türkiyə lideri ilə aralarında bəzi fikir ayrılıqları olsa da, rəsmi Ankara və Təl-Əviv milli maraqları çərçivəsində hərəkət edir və münasibətlərdə tarazlıq yaratmağa çalışır. O, bu siyasi addımlara misal olaraq, bu yaxınlarda ABŞ və Çin liderləri arasında danışıqları göstərib.