Türkiyənin Daxili İşlər Nazirliyi tərəfindən keçirilən əməliyyat nəticəsində 400 nəfər saxlanılıb.
“TRT Haber” bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu məlumat verib.
Qeyd olunub ki, “Silindr əməliyyatı” adlanan əməliyyat mütəşəkkil cinayətkarlığa qarşı mübarizə tədbirləri çərçivəsində keçirilib.
Eyni zamanda müxtəlif ünvanlarda gerçəkləşdirilən əməliyyatla axtarışda olan 502 şəxsdən 400 nəfərinin saxlanıldığı qeyd edilib.
“Cinayətkarlılqla mübarizə tədbirləri bundan sonra da qətiyyətlə davam etdiriləcək”, - deyə nazir vurğulayıb.