Paşinyana yeni səlahiyyətlər verilir
ERMƏNİ MƏTBUATI

Bundan sonra Ermənistan Respublikasının istefada olan prezidentləri və keçmiş baş nazirlərinin dövlət himayəsinə alınması yalnız vəzifədə olan baş nazirin qərarı ilə mümkün olacaq. 

 

Bu barədə “Jogovurd” qəzeti yazıb.

 

Bildirilib ki, dekabrın 9-da Ermənistan parlamentinin növbədənkənar sessiyası keçiriləcək. Sessiyanın  gündəliyinə “Xüsusi dövlət mühafizəsi altında olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi haqqında” qanuna əlavə və dəyişikliklər edilməsinə dair sənəd zərfi daxildir.

 

 “Jogovurd” qəzetinə məlum olub ki, bu layihələrlə respublikanın istefada olan prezidentləri və baş nazirlərinə verilən şəxsi dövlət mühafizəsi müddətlərinin məhdudlaşdırılması təklif edilir.

  

O cümlədən, Ermənistan Respublikası ərazisində prezidentlərə və baş nazirlərə verilən şəxsi dövlət mühafizəsi müddətinin müvafiq olaraq 7 və 10 ilə məhdudlaşdırılması təklif olunur.

  

Həmçinin, istefada olan prezidentlər və baş nazirlərin bir il ərzində ümumi müddəti 20 gündən çox olmayan xarici ölkələrə səfərləri zamanı dövlət mühafizəsi ilə təmin olunmasının hüquqi tənzimləmələri məsələsinə də baxılacaq.

  

Bundan başqa, bu layihəyə əsasən Milli Təhlükəsizlik Xidməti baş nazirə tabe olan orqan statusuna malik olacaq.

 

Beləliklə də, baş nazir Nikol Paşinyan yeni səlahiyyətlərə sahiblənəcək.(modern.az)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.