Azərbaycanda iki rayona - Qubadlı və Qobustan rayon polis şöbələrinə (RPŞ) yeni rəis təyin edilib.
Seznzor.az-ın məlumatına görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı müvafiq əmrlər imzalayıb.
Əmrin birinə əsasən, Qubadlı RPŞ-nin rəisi polis polkovnik-leytenantı Bəhruz Cabbarov vəzifəsindən azad edilərək Qobustan RPŞ-yə rəis təyin olunub.
Nazirin digər əmri ilə isə Siyəzən RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik-leytenantı Əhməd Nəcəfov vəzifəsindən azad olunraq Qubadlı RPŞ-yə rəis təyin edilib.