"Anam Bədri Hüseyni Xamenei İran xalqı ilə həmrəylik üçün bu addımı atıb və Əli Xameneini tənqid edib".
Bu sözləri İranın dini lideri Əli Xameneinin bacısı oğlu Mahmud Muradxani anasının bəyanatını şərh edərkən deyib.
Fransada yaşayan Muradxani bu bəyanatın İranda başqa din xadimlərini cəsarətləndirməyə hesablandığını diqqətə çatdırıb: “Bu açıqlamanın yayılmasının səbəblərindən biri də xalq hərəkatları və etirazlarını dəstəkləməkdir. Bir neçə onillik fəaliyyət nəticəsində İran hakimiyyətinin mahiyyəti barədə insanların daha çox məlumatlı olmasına görə sevinirəm. Yalnız Əli Xameneiyə deyil, ümumiyyətlə dini hakimiyyətə qarşıyıq”.
Axar.az xatırladır ki, bundan əvvəl Əli Xameneinin bacısı Bədri Hüseyni bəyanat yayaraq, İran rəhbərini tənqid etmiş, qardaşını diktatorluqda suçlamış, onun xalqa yalnız faciə gətirdiyini bildirmişdi.