Britaniyanın məşhur nəşri Pakistanın Baş nazirindən üzr istədi

Böyük Britaniyanın məşhur “Daily Mail” nəşri Pakistanın Baş naziri Şahbaz Şərifdən üzr istəyib.

 

Bu barədə nəşr özü açıqlama yayıb.

 

“Biz etiraf edirik ki, Şahbaz Şərif Britaniya dövlətinin və Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentinin ayırdığı vəsaitlə bağlı hər hansı qanun pozuntusuna yol verməyib. Biz bunu aydınlaşdırmaqdan məmnunuq və bu səhvə görə cənab Şərifdən üzr istəyirik”, - deyə qəzet qeyd edib.

 

Qəzet həmçinin vurğulayıb ki, sözügedən iddiaları ehtiva edən xəbərlər bütün platformalardan silinib.

 

Xatırladaq ki, nəşr 2019-cu ildə iddia etmişdi ki, Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamentinin Pakistanda zəlzələdən zərərçəkənlər üçün ayırdığı vəsait Şahbaz Şərif və onun ailəsi tərəfindən mənimsənilib.

 

“Daily Mail” məqaləsində həmçinin Pakistan Milli Hesabatlılıq Bürosunun apardığı araşdırmalara istinad etmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.