“Dünya çempionatının yarımfinalına yüksələn ilk Afrika komandası olan Mərakeş millisini ürəkdən təbrik edirəm”.
Bunu özünün Twitter səhifəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yazıb.
Xatırladaq ki, bu gün Qətərdə keçirilən dünya çempionatının 1/4 final oyununda Mərakeş millisi Portuqaliya üzərində minimal hesablı qələbə qazanaraq tarixində ilk dəfə dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.
أهنئ من أعماق قلبي المنتخب المغربي الذي يعتبر أول فريق إفريقي يحقق إنجاز الوصول لدور نصف نهائي كأس العالم، كما أبارك لجميع أشقائنا المغاربة هذا الإنجاز. 🇲🇦🇹🇷
— رجب طيب أردوغان (@rterdogan_ar) December 10, 2022