Ərdoğan Türkiyənin istehsal edəcəyi ballistik raketdən danışdı
“YUNANISTAN QORXUYA DÜŞÜB”

“İndi biz raketlərimizi yaratmağa başlamışıq. Bu istehsal, təbii ki, yunanları qorxudur. “Tayfun” deyirsən, indi Yunanıstan qorxur, “Afinanı vuracaq” deyir”.

 

“Haber Türk” bildirir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Samsun şəhərində keçirilən “Gənclik görüşü” tədbirində deyib.

 

“Bir yerdə durmasan, ABŞ-dan adalar üçün nəsə almağa çalışsan, Türkiyə kimi bir ölkə, yəqin ki, görməzdən gəlməyəcək. ABŞ Suriyanın şimalına 4-5 min yük maşını silah və sursat göndərib. Bunu dəfələrlə deməyimə baxmayaraq, veclərinə almırlar. Elədirsə, öz göbəyimizi özümüz kəsəcəyik”, - dövlət başçısı bildirib.

 

Qeyd edək ki, Türkiyənin yerli istehsalı olan “Tayfun” 561 km mənzilli ballistik raketdir.

 

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.