Qətərdə keçirilən dünya çempionatında korrupsiya əməllərinin araşdırılması ilə bağlı Avropa Parlamentinin (AP) təhlükəsizlik qüvvələri Strasburqda 10 ofisin fəaliyyətini dayandırıb.
Bu barədə ABŞ-ın “Pilotico” nəşri məlumat yayıb.
Bildirilib ki, bu, futbol üzrə dünya çempionatının ev sahibliyinin Qətərə verilməsi zamanı korrupsiya hallarına yol verilməsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, daha əvvəl Avropa Parlamentinin sədr müavini Eva Kayli və daha üç nəfər korrupsiya ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.