Avropa İttifaqı (Aİ) Şurasına üzv ölkələrin dövlət və hökumət başçıları Xorvatiyanın Şengenə daxil olmasını təsdiqləyiblər və ümidvar olduqlarını bildiriblər ki, Bolqarıstan və Rumıniya ilə bağlı bunu 2023-cü ildə edəcəklər.
TASS bildirir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Brüsseldə Aİ sammitinin yekunlarına dair mətbuat konfransında məlumat verib.
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen isə deyib ki, Bolqarıstan və Rumıniyanın Şengenə mümkün qədər tez qoşulması üçün Avropa Komissiyası əlindən gələni edəcək.
Xatırladaq ki, Aİ-nin Daxili İşlər və Ədliyyə Şurasının dekabrın 8-də keçirilmiş iclasında Xorvatiyanın Şengen zonasına qoşulması təsdiqlənib, Rumıniya və Bolqarıstanın müraciətləri isə Avstriya və Niderlandın etirazları səbəbindən qəbul edilməyib.