Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan xəstəxanaya yerləşdirilib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Ter-Petrosyan "Best Life" Erməni-Yapon Tibb Mərkəzində müalicə olunur.
Məlumata görə, həmin xəstəxanada çalışan kardioloq, direktorun müşaviri Xaçik Hambardzumyan Ter-Petrosyanın şəxsi həkimidir.
Ter-Petrosyanın ofisi xəbəri geniş şərh etməyib: “Kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq bildirirk ki, Levon Ter-Petrosyan “Best Life” kardioloji klinikasında adi tibbi müayinədən keçir”.