Avropa İttifaqı Ermənistana yeni missiya göndərir

Avropa İttifaqının bu ilin oktyabr ayında Ermənistanda başlayan Monitorinq Qrupunun mandatı bu gün başa çatır.

 

Bu barədə Avropa İttifaqı Şurasının bəyanatında qeyd olunub.

 

Məlumatda bildirilib ki, Ermənistan, Azərbaycan, Avropa Şurası və Fransa liderləri arasında əldə edilmiş razılaşmaya əsasən, Avropa İttifaqının Ermənistandakı missiyası oktyabrın 20-də yerlərdə vəziyyətin monitorinqi, təhlili və hesabatlılıq məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca yerləşdirilib.


Məlumata görə, Avropa Şurası Ermənistan hakimiyyəti ilə razılaşaraq, qərara gəlib ki, Avropa İttifaqının Gürcüstandakı Monitorinq Missiyası (AİMM Gürcüstan) ittifaqın təhlükəsizlik vəziyyəti barədə məlumatlılığını artırmaq, eyni zamanda ölkədə mümkün mülki Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti missiyasının planlaşdırılması və hazırlanmasına töhfə vermək üçün Ermənistana müvəqqəti planlaşdırma yardım qrupu göndərsin: “Keçid planlaşdırılma yardım qrupunun, həmçinin Ermənistan və Azərbaycan arasında Aİ-nin dəstəyi ilə normallaşma prosesində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə dəstək verməsi gözlənilir”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.