ABŞ Konqresi bu həftə Rusiyanın "təcavüzkar dövlət" elan edilməsi haqqında qanun qəbul etmək niyyətindədir.
Bu barədə Turan-ın Amerikadakı müxbiri məlumat verib.
Belə bir sənəd qəbul edilsə, bu, Ağ Evə Rusiya məmurlarına qarşı sanksiyalarla bağlı yeni səlahiyyətlər verəcək. Eyni zamanda, Ukrayna rəhbərliyi noyabrda Avropa Parlamentinin etdiyi kimi, ABŞ-ın da Rusiyanı terrora sponsorluq edən dövlət elan etməsini xahiş edir.
Bayden administrasiyası Rusiyanı terrora sponsorluq edən dövlət adlandırmaq istəmir, çünki bu, administrasiyanın müharibəni dayandırmağa yönəlmiş səylərini məhdudlaşdıracaq, habelə vətəndaş cəmiyyəti təşkilatlarının humanitar yardım göstərmək potensialını məhdudlaşdıracaq.
Ukrayna tərəfin qiymətləndirmələrinə görə, müharibə zamanı Rusiyanın 50 minə yaxın hərbi cinayəti sənədləşdirilib.