Vardanyan son sözünü dedi: “Azərbaycana tabe olmayacam, buradan getməyəcəm, mübarizə aparacam...”
BAKININ CAVABI NECƏ OLACAQ?

Erməni separatçılarının 10 gün hazırlaşdıqları mitinq dünən Xankəndi şəhərinin mərkəzində baş tutdu. Erməni milyarder Ruben Vardanyan 30 oktyabr aksiyasında olduğu kimi, mitinqdə kütləviliyi təmin etmək üçün yenə kisəsinin ağzını açdı.

 

Vardanyan Xankəndi ətrafından gələnlərin nəqliyyat xərclərini yenə üzərinə götürüb. Bundan başqa o, iştirakçıların hər birinə gəldikləri məsafədən asılı olmayaraq 30-40 dollar paylayıb.

 

Diqqətçəkən bir məqam isə Xankəndidə məskunlaşan sadə ermənilərin mitinqə gəlməyə məcbur edilməsidir. Separatçılar aksiyada iştirak etmək istəməyənləri işdən qovulacaqları ilə hədələyib. Bu da azmış kimi, Xankəndi sakinlərinin sosial şəbəkə hesabları izlənilir, təftiş edilir. Hətta aksiya əleyhdarı olan bir çox erməninin döyülüb, işgəncə verilməsinə dair faktlar var. 

 

Vardanyanın məhz ötən gün Xankəndidə aksiya keçirməsi təsadüfi deyildi. Belə ki, dekabrın 26-27-də Müstəqil Dövlətlər Birliyi (MDB) liderlərinin Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il ərəfəsində qeyri-rəsmi sammiti keçiriləcək. Sammit öncəsi Vardanyan aksiya keçirərək aşağıdakılara nail olmaq istəyir.

 

Birincisi, bu, Vardanyanın ikinci cəhdidir. Məsələ ondadır ki, oktyabrın 30-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan görüş ərəfəsində Vardanyan Xankəndidə mitinq təşkil etdi. Vardanyan bu iki cəhdlə faktiki olaraq separatçı-terrorçu rejimin danışıqlar prosesində “tərəf” olaraq qəbul etdirilməsinə çalışır. 

 

İkincisi, Vardanyan yaxşı bilir ki, separatçılar mövzusunda həm Qərb ölkələri, həm də Rusiya ortaq mövqeyə malikdir. Buna görə də mühüm görüşlər öncəsi aksiya təşkil edərək “Qarabağ əhalisi Bakını istəmir” mesajını ötürür.

 

Üçüncüsü, Vardanyan mitinqdə çıxışı zamanı açıq şəkildə bildirib ki, indi onların qarşısında üç yol var: “Birincisi – Azərbaycana inteqrasiya olunuruq; ikincisi -  burdan köçüb gedirik; üçüncüsü - savaşırıq. Mən 2 sentyabrda qərar vermişəm ki, Azərbaycana tabe olmayacam, buradan getməyəcəm, mübarizə aparacam. Hər şeyimi müstəqilliyə qurban verəcəm. Möcüzə gözləməyin, möcüzə olmayacaq, qarşıda bizi olduqca çətin yol gözləyir”. Bu, Bakıya qarşı açıq müharibə elan etməkdir. Başqa sözlə desək, Vardanyan bununla son sözünü demiş oldu. 

 

Rəsmi Bakı indiki məqamda həm Ermənistana, həm separatçılara, həm də üçüncü tərəf sayılacaq digər qüvvələrə layiqli cavab verməli, ən yaxşı halda Şuşa-Laçın yolundakı aksiyaların miqyasını artırmalıdır. Konkret desək, aksiyalara dövlət dəstəyi verilməli, mövcud aksiyaçı sayı 5-10 dəfə artırılmalıdır...

 

Turan Rzayev,

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.