"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri haqda xəbər yayılıb.
Globalinfo.az xəbər verir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri general-leytenant Niyaməddin Tağıyev vəzifəsindən azad edilib.
N.Tağıyev paralel olaraq Dövlət Sərhəd Xidməti rəisinin müavinidir. Onun Bakıya çağırıldığı deyilir.
Başqa məlumata görə, Niyaməddin Tağıyevin yerinə artıq təyinat olub. Bakıdan göndərilən polkovnik Bəhmən Babayevin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri vəzifəsinə təsdiqləndiyi bildirilir.