Prezident İlham Əliyev “ASAN xidmət” İşçilərinin Peşə Bayramı Günü və ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Senzor.az bildirir ki, sərəncama əsasən, dövlət xidmətlərinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilib:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Mehdiyev Ülvi Ramiz oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Azadəliyev Elvin Sərvər oğlu
Bayramov Səbuhi Mikayıl oğlu
Əkbərov Adil Sədrəddin oğlu
Hüseynov Elvin Akif oğlu
Məmmədov Elşən Ramiz oğlu.