Portuqaliyalı hücumçu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə müqavilə imzalayıb.
Senzor.az bildirir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
"Qızıl top”un beşqat qalibinin müqaviləsi 2025-ci ilədək nəzərdə tutulub.
Qeyd edək ki, Kriştianu Ronaldunun Səudiyyə Ərəbistanının “Əl Nəsr” futbol klubuna keçidi ilə bağlı ilk məlumatı “Əl-Ərəbiyyə” telekanalı yaymışdı.
İspaniyanın “Marca” qəzeti isə müqavilənin ümumi məbləğinin təxminən 100 milyon avro qiymətləndirildiyini bildirmişdi. Nəşrin yazdığına görə, Ronaldu daha 100 milyon avronu reklam müqavilələrindən alacaq ki, bu da onu dünyanın ən çox maaş alan idmançısı edəcək.
Onu da qeyd edək ki, Kriştianu Ronaldu Qətərdə keçirilən dünya çempionatından əvvəl "Mançester Yunayted"lə müqaviləsinə xitam verildiyi üçün Səudiyyə Ərəbistanı klubuna azad agent kimi keçib.