Bayraktar: “Kızılelma” F-35 qırıcı təyyarəsini üstələyəcək"

Türkiyənin “Baykar Kızılelma” pilotsuz qırıcı təyyarəsi bir sıra göstəricisinə görə ABŞ-ın beşinci nəsil F-35 qırıcısını üstələyəcək.


“CNN Türk” xəbər verir ki, bunu "Baykar" müdafiə sənayesi şirkətinin İdarə heyətinin sədri Selçuk Bayraktar deyib. Onun sözlərinə görə, "Kızılelma" gələcəkdə klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində də iştirak edə biləcək:


"F-35 qırıcısı kimi beşinci nəsil təyyarəsi olan “Kızılelma” ondan fərqli olaraq pilotsuz uçuş aparatıdır və məsafədən idarə olunur. Gələcəkdə bu PUA beşinci nəsil klassik aviasiya üçün çağırış olacaq”.


Qeyd edək ki, ilk dəfə 2022-ci ilin avqustunda Samsun şəhərində keçirilən “Teknofest” aerokosmik sərgisində təqdim olunan “Kızılelma” Türkiyənin səsdən sürətli qırıcı PUA-sıdır və MIUS pilotsuz döyüş təyyarəsi kompleksi layihəsinin bir hissəsi kimi hazırlanıb. PUA-nın uçuş kütləsi təxminən 6 tondur ki, bunun da təxminən 2 tonu faydalı yükdür. “Kızılelma” 12 kilometr yüksəklikdə 5-6 saat uça bilir. Kompaniyanın məlumatına görə, SATCOM şəbəkəsi ilə işləmək qabiliyyəti sayəsində PUA-nın uçuş diapazonu məhdudiyyətsizdir. Ötən ilin dekabrında ilk uçuşunu həyata keçirən “Kızılelma”nın stend sınaqları artıq başa çatıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.