İranda Ələkrəm Hümbətovun anım mərasimi keçiriləcək

1992-93-cü illərdə Azərbaycanı vətəndaş müharibəsinə sürükləyən və ölkəmizi parçalamağa çalışan separatçı Ələkrəm Hümbətova İranda anım mərasimi keçiriləcək.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı İranda vərəqələr yayılıb.

 

Vərəqələrdə “talış-muğan muxtar cumhuriyəti”nin banisi kimi təqdim olunan Ələkrəm Hümbətovun anım mərasiminin yanvarın 7-də Tehranın Psixologiya İnstitutunun akt zalında keçiriləcəyi bildirilib.

 

Qeyd edək ki, Ə.Hümbətov mühacirətdə olduğu müddətdə dəfələrlə Ermənistana səfər edərək, Azərbaycan əleyhinə çıxışlar etmişdi.

 

On da xatırladaq ki, Ələkrəm Hümbətov 2022-ci ilin dekabrın 22-də Hollandiyada ölüb. O, 1948-ci ildə Lerikdə anadan olmuşdu. 1992-1993-cü illərdə Azərbaycan müdafiə nazirinin müavini işləmişdi. Həmin vəzifədə olarkən, 1993-cü ildə “talış-muğan respublikası” elan etmiş və separatçılıq fəaliyyətinə görə həbs olunmuşdu. 2004-cü ildə həbsdən azad edildikdən sonra mühacirətə getmişdi...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.