Florida ştatını təmsil edən konqresmen Mett Gets ABŞ-ın sabiq Prezidenti Donald Trampın Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizədliyini irəli sürüb.
TASS xəbər verir ki, konqresmen deyib : “Mən Donald Trampı Nümayəndələr Palatasının spikeri vəzifəsinə namizəd kimi irəli sürürəm”.
Mett Gets Trampın sədrliyi dövründə ABŞ-ın daxili və xarici siyasətində uğurların qazanılacağına əminliyini bildirib.
Konqresmen bu təkliflə cümə axşamı günü spiker seçkilərindən öncəki səsvermə zamanı çıxış edib.
Qeyd edək ki, qaydalara görə, konqresmenlər rəsmi olaraq Nümayəndələr Palatasının spikeri vəzifəsinə təkcə qanunvericiləri deyil, digər şəxsləri də namizəd göstərə bilərlər.