ABŞ Rusiyaya PUA tədarükü ilə əlaqəli olan iranlılara qarşı sanksiyalar tətbiq edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Qods” şirkətinin altı nümayəndəsi və Direktorlar Şurasının üzvlərinə məhdudiyyətlər qoyulub.
Bundan əlavə, ballistik raket proqramına nəzarət edən İranın Aerokosmik Sənaye Təşkilatının direktoruna qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq edilib.