Almaniya Bundestaqının vitse-prezidentləri Katrin Göring-Ekardt və Volfanq Kubiki Kiyevə "Marder" piyada döyüş maşınlarının və "Leopard" tanklarının göndərilməsini dəstəkləyiblər.
Bu barədə Almaniyanın "Hamburger Abendblatt" qəzeti məlumat yayıb.
Ekardtın fikrincə, Almaniya Ukrayna Silahlı Qüvvələrinə yalnız BMP göndərməklə kifayətlənməməlidir.
“Biz mümkün olan hər şeyi etməliyik və çatdırmalıyıq. Buraya "Leopard" tankları da daxildir”, - vitse-prezident deyib.
Kubiki qeyd edib ki, Kiyevə dəstək üçün hər növbəti addım Almaniyanın NATO-dakı tərəfdaşları ilə əlaqələndirilməlidir.
“Report” xatırladır ki, bundan əvvəl Almaniyanın hakim Sosial-Demokrat Partiyasının həmsədri Lars Klinqbayl ölkəsinin Ukrayna Silahlı Qüvvələrinə birtərəfli qaydada “Leopard” tankları verməyəcəyini bəyan etmişdi.
**12:36
Almaniya Ukrayna Silahlı Qüvvələrinə birtərəfli qaydada “Leopard” tankları verməyəcək.
“RND” nəşri xəbər verir ki, bunu Almaniyanın hakim Sosial-Demokrat Partiyasının həmsədri Lars Klinqbayl deyib.
Siyasətçinin sözlərinə görə, hazırda heç bir ölkə Kiyevə “Leopard 1” və ya “Leopard 2” kimi ağır tanklar vermir. Eyni zamanda, Rusiya dəfələrlə Qərb dövlətlərinin Ukraynada döyüşən tərəf olduğunu bəyan edib. "Beləliklə, amerikalılar, fransızlar və həmçinin federal hökumət olaraq bu müharibəyə cəlb ediləcəyimizlə bağlı daim düşünsək düzgün olardı”, – deyə partiyanın həmsədri vurğulayıb.
Eyni zamanda L.Klinqbayl qeyd edib ki, Qərb Kiyevə dəstəyi zəiflətməməkdə qərarlıdır. Onun sözlərinə görə, Ukraynaya piyadaların döyüş maşınlarının tədarükü Qərb dövlətləri tərəfindən razılaşdırılmış dəstək siqnalıdır.