Kosovo və Metoxiyada vəziyyətin gərginləşməsi səbəbindən Serbiyaya rekord sayda xarici kəşfiyyat agenti axını var.
Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç “TV Pink” telekanalına açıqlamasında deyib.
O qeyd edib ki, Belqrad İkinci Dünya müharibəsindən bəri bu qədər xarici casus görməmişdi: “Bu Yeni il Belqrad yeni Kasablankaya çevrilib. Biz mütəmadi olaraq bu məruzələri alırıq, hotellərimizi zəbt etməyən casus qalmayıb, heç vaxt bu qədər casus olmamışdı. Biz rekord vurduq, Yeni ildən öncə və Yeni ildən sonra ...”.
Xatırladaq ki, Aleksandar Vuçiç daha öncə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar Serbiyada dünyanın müxtəlif ölkələrindən olan çoxsaylı xüsusi xidmət orqanları nümayəndələrinin fəaliyyət göstərdiyini bildirmişdi.