Zelenski Putinin yaxın adamını və daha üç siyasətçini vətəndaşlıqdan çıxardı
FOTO

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın 4 xalq deputatının vətəndaşlığını ləğv edib. Bunlar Viktor Medvedçuk, Taras Kozak, Andriy Derkaç və Renat Kuzmindir.

 

Rbc.ua bildirir ki, bu barədə dövlət başçısı videomüraciətində məlumat verib.

 

“Ukrayna Təhlükəsizlik Xidməti və Dövlət Miqrasiya Xidməti tərəfindən hazırlanmış materiallar əsasında və Konstitusiyaya uyğun olaraq, mən 4 nəfərin - Andrey Leonidoviç Derkaç, Viktor Vladimiroviç Medvedçuk, Taras Romanoviç Kozak, Renat Ravilyeviç Kuzminin vətəndaşlığına xitam vermək qərarına gəldim”, - deyə o bəyan edib.

 

Viktor Medvedçuk siyasətçi, Rusiya prezidenti Vladimir Putinin yaxın adamıdır. O, dövlətə xəyanətdə, Luqansk və Donetskdəki terror təşkilatları ilə əməkdaşlıqda şübhəli bilinir. Deputat bir neçə ay ev dustaqlığında olub. Daha sonra o, 200 Azovstal müdafiəçisi ilə dəyişdirilib.

 

Taras Kozak Krımda dövlətə xəyanətdə, müharibə qaydalarını pozmaqda və milli sərvətləri talamağa cəhddə şübhəli bilinir. Onun şirkətlərinə məhdudiyyətlər qoyulub. Kozaka qarşı sanksiyalar Donbasın Rusiya tərəfindən işğal olunmuş ərazilərindən kömür tədarükü ilə əlaqədar tətbiq edilib.

 

Andriy Derkaç və Renat Kuzmin də dövlətə xəyanətdə şübhəli bilinir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.