Fransa vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırdı

Fransanın Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına İrana hər hansı səfərdən çəkinməyi tövsiyə edib.

 

Bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi “Charlie Hebdo” jurnalında İranın ali liderinin karikaturalarının dərci ilə əlaqədar Paris və Tehran arasında yaranmış gərginliklə bağlı sualları cavablandırarkən deyib.

 

“Fransa bütün dünyada mətbuat azadlığına və jurnalistlərin müdafiəsinə sadiqliyini bir daha bəyan edir”, - diplomat bildirib.

 

"İran hakimiyyətinə xatırladırıq ki, onlar bu ölkədəki vətəndaşlarımızın təhlükəsizliyinə cavabdehdirlər. Həmçinin qanunsuz həbs riskinin yüksək olduğunu nəzərə alaraq, İrana hər hansı səfərdən çəkinməyi rəsmi şəkildə tövsiyə edirik", - XİN nümayəndəsi vurğulayıb.

 

“Report” xatırladır ki, yanvarın 8-də İranın ali dini lideri Ayətullah Əli Xameneinin “Charlie Hebdo”da karikaturaları dərc edildikdən sonra onlarla nümayişçi Fransanın Tehrandakı səfirliyi qarşısında toplaşıb. Məlumata görə, etirazçılar səfirliyin qarşısında Fransa bayrağını da yandırıblar.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.