ABŞ Prezidenti Co Bayden evindəki şəxsi kitabxanasında gizli sənədlərin saxlandığını etiraf edib.
Bu barədə o, jurnalistlərə verdiyi açıqlamasında deyib: "Onlar (hüquqşünaslar) dünən axşam yoxlamanı başa vurublar. Evimdəki şəxsi kitabxanamda az sayda məxfi sənədlər tapıblar".
ABŞ lideri daha sonra bu mövzuda ətraflı danışacağını və araşdırmaya başlayan Ədliyyə Departamenti ilə tam əməkdaşlığı davam etdirəcəyini vəd edib.
Ağ Ev əvvəllər yeni bir məxfi materialın Baydenin Vilmington şəhərindəki şəxsi evinin qaraj anbarında saxlandığı barədə bəyanat yaymışdı.
Materiallar onun Barak Obama administrasiyasında vitse-prezidentlik etdiyi dövrə aiddir.