"Əlirza Əkbərinin edamı İran rejiminin növbəti qeyri-insani hərəkətidir” - ALMANİYA XİN

“İranın müdafiə nazirinin keçmiş müavini Əlirza Əkbərinin edam edilməsi İran rejiminin növbəti qeyri-insani hərəkətidir”.


Bunu Almaniya xarici işlər naziri Annalena Beerbok tviterdə yazıb.


O bildirib ki, Almaniya bu məsələdə Böyük Britaniya ilə koordinasiyalı davranacaq: “Biz britaniyalı dostlarımızın yanındayıq. Rejimə qarşı hərəkətlərimizi və İran xalqına dəstəyimizi əlaqələndirməyə davam edəcəyik”.


Qeyd edək ki, Ə.Əkbəri İran Milli Təhlükəsizlik Şurasının hazırkı katibi, 1997-2005-ci illərdə müdafiə naziri işləmiş Əli Şəmxaninin müavini işləyib. O, 1961-ci ilin sentyabrında anadan olub. Britanya-İran ikili vətəndaşlığı var. 2005-2020-ci illərdə Britaniyada yaşayıb, Tehrana səfəri zamanı casusluqda ittiham olunaraq həbs edilib. Sonradan girov qarşılığında sərbəst buraxılmışdı. İran kəşfiyyatı 2023-cü il yanvarın 1-də onu yenidən həbs edib. Məhkəmə Əlirza Əkbərini Böyük Britaniyaya casusluqda günahlandıraraq barəsində edam hökmü çıxarıb.


İranın Məhkəmə Sistemi onun edam olunduğunu açıqlayıb.(“Report”)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.