Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dörd hərbi təlimindən üçü Belarus ərazisində keçiriləcək.
Senzor.az bildirir ki, bunu Belarus Təhlükəsizlik Şurası dövlət katibinin müavini Pavel Muraveyko STV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, sentyabrda Belarusda KTMT hərbi qüvvələrinin qarşılıqlı fəaliyyətinə dair təlimlər, həmçinin kəşfiyyat və arxa cəbhə təlimləri keçiriləcək.
"Bütün bunlar sentyabr ayında ölkəmizin ərazisində baş verəcək", - deyə Muraveiko qeyd edib.
Xatırladaq ki, 2023-cü ildə KTMT-yə Belarus sədrlik edəcək.