Ukraynanın NATO-ya daxil olmasını dəstəkləyirəm.
Bunu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda çıxışında deyib.
“Müharibədən əvvəl mən Ukraynanın NATO-ya üzvlüyünün əleyhinə idim. Çünki buna görə müharibənin başlayacağından qorxurdum. İndi proses belə bir səviyyəyə çatdığından, neytral Ukrayna ideyası mənasızdır. Ukraynanın NATO-ya daxil olması sülh əldə edildikdən sonra məqsədəuyğun olardı”, - o bildirib.
Axar.az xatırladır ki, bir müddət öncə Henri Kissincer özünün “Liderlik: dünya strategiyasının 6 dərsi” kitabında Ukraynadakı münaqişənin həllinin bu ölkənin neytral statusunun tanınmasından keçdiyini qeyd etmişdi.