Əfqanıstanda qadınların kişi həkimlərə müraciət etmələrinə qadağa qoyuldu

Əfqanıstanda “Taliban” tərəfindən qadınlara qarşı təzyiq və təqiblər günü-gündən artır. Ölkədə qadınların universitetə getmələri və işləmələri qadağan edilib və Türkiyə başda olmaqla bir çox ölkə bu qərara reaksiya verib. Bununla belə, təzyiqlər və qadağalar bitmir. Qadınların məhdud sayda azadlıqları da təhlükə altındadır.

 

TASS bildirir ki, taliblər bu dəfə də ölkədə qadınların kişi həkimlərin yanına getmələrinə qadağa qoyublar.

 

“Qadınların universitetlərdə oxuyub həkim olmalarına icazə verilmir. İndi onlara kişi həkimlərin yanına getmək də qadağandır. Bu vəziyyətdə qadınlar ölməlidirlər. Qadınlar ölümə məhkum edilirlər”, - deyə ölkə daxilində və xaricdəki qadın hüquqları müdafiəçiləri qərara etirazlarını bildiriblər.

 

“Taliban”ın eyni qadağa çərçivəsində yaxın 10 gün ərzində qadın gözəllik salonlarını tamamilə bağlayacağı bildirilir.

 

Ölkənin keçmiş nazirlərindən olan Şəbnəm Nəsimi “Taliban”ın son qərarını pisləyib və: “Taliban”ın qadınlara qarşı apardığı müharibəyə qarşı utancverici susqunluq davam edir”, - deyə Twitter hesabında yazıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.