Britaniyanın Baş naziri cərimələndi - TƏHLÜKƏSİZLİK KƏMƏRİ TAXMADIĞINA GÖRƏ

Böyük Britaniyanın Baş naziri Rişi Sunak avtomobildə təhlükəsizlik kəmərini taxmadan oturduğu üçün cərimələnib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Lankaşir qraflığının polisi məlumat yayıb.

 

Qeyd olunub ki, cərimə Böyük Britaniya polisinin, Baş nazirin təhlükəsizlik kəmərindən istifadə etmədiyi əks olunan  videoya baxmasından sonra tətbiq edilib.

 

“Sosial mediada Lankaşirdə hərəkətdə olan avtomobildə sərnişinin təhlükəsizlik kəmərindən istifadə etmədiyini əks etdirən videonun yayılmasından sonra biz Londondan olan 42 yaşlı kişiyə yanvarın 20-də cəriməni ödəmək üçün şərti təklif göndərdik”, - deyə məlumatda bildirilir. Adətən polisin açıqlamasında şəxsin adı verilmir, lakin bütün məlumatlar söhbətin hökumət başçısından getdiyini göstərir.

 

Hökumət başçısının nümayəndəsi onun adından üzr istəyib: "Bu, səhv qərar idi. Baş nazir kiçik bir video-mesaj yazmaq üçün kəmərini açmışdı. O, bunun səhv olduğunu etiraf edir və buna görə üzr istəyir. Baş nazir əlbəttə ki, cərimənin şərtlərini yerinə yetirəcək".

 

Polisin protokolunda cərimənin məbləği göstərilməyib. Böyük Britaniyada sürücü və ya sərnişin maşın sürərkən təhlükəsizlik kəmərindən istifadə etməsə, 100-500 funt-sterlinq məbləğində cərimələnir.

 

Bununla da Sunak tarixdə vəzifədə olarkən cərimələnən ikinci Baş nazir olub. Birincisi Boris Conson idi (2019-2022-ci illərdə hökumətə rəhbərlik edib). O, koronavirus məhdudiyyətlərinə baxmayaraq, pandemiyanın geniş yayıldığı vaxtda Baş nazirin iqamətgahında keçirilən spirtli içki məclislərində iştirak etdiyinə görə cərimələnib. Eyni qanun pozuntusuna görə o vaxt maliyyə naziri vəzifəsini icra edən Sunaka da cərimə kəsilmişdi.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.