Bəxtiyar Hacıyevin həbs müddəti uzadıldı

İctimai fəal Bəxtiyar Hacıyevin həbs müddəti daha 1 ay uzadılıb.

 

Senzor.az bildirir ki, bu barədə sosial şəbəkədə onun vəkili Aqil Layiç məlumat yayıb.

 

Xətai Rayon Məhkəməsində keçirilən iclasda çıxarılan qərara əsasən, B.Hacıyev barəsindəki həbs qətiimkan tədbiri 28 fevral 2023-cü il tarixinədək uzadılıb.

 

Qeyd edək ki, Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da saxlanılıb. Onun barəsində əvvəlcə Cinayət Məcəlləsinin 221.1 (xırda xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri əsasında cinayət işi başlanıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

 

Daha sonra Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) maddəsi ilə yeni ittiham irəli sürülüb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.