Latviya da Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini aşağı saldığını açıqlayıb.
“Meduza”nın məlumatına görə, ölkədəki Rusiya səfirindən fevralın 24-dək Latviyanı tərk etmək tələb olunub. Qərarın Estoniya ilə həmrəylik məqsədilə atıldığı bildirilib.
Xatırladaq ki, bir qədər öncə Estoniya və Rusiya qarşılıqlı olaraq diplomatik münasibətlərin səviyyəsini aşağı saldıqlarını açıqlayıblar.
Litva isə Rusiya ilə diplomatik münasibətlərin səviyyəsini hələ ötən ilin yazında aşağı salıb. Belə ki, Rusiya səfirinə 2022-ci ilin aprel ayının əvvəlində, Rusiya qoşunlarının Ukraynaya daxil olmasından heç iki ay keçməmiş Vilnüsu tərk etmək tələb olunmuşdu.