“Ruben Vardanyan Rusiya Prezidenti Vladimir Putinin faktiki olaraq Qarabağa göndərdiyi rusiyalı oliqarxdır, lakin Qərbdə çoxları ona Qərbyönlü erməni vətənpərvər kimi yanaşır”.
Bunu ABŞ-ın Hudson İnstitutunun böyük elmi işçisi Maykl Doran “Tvitter”də yazıb.
O, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərindəki separatçıların tör-töküntülərinin başçılarından sayılan R.Vardanyanı tənqid edib.
“Report” xatırladır ki, R.Vardanyan 2022-ci il noyabrın 4-də Qarabağdakı erməni separatçıların "dövlət naziri" (baş nazir) təyin olunub.
Azərbaycan onun ölkə ərazisinə daxil olmasını və bölücülüklə məşğul olmasını qanunazidd addım və cinayət sayır.