Britaniya kəşfiyyatı da Rusiyada növbəti səfərbərliyin anonsunu verdi – KREML MÜHARİBƏNİN İLDÖNÜMÜ ƏRƏFƏSİNDƏ NƏ PLANLAŞDIRIR?
ŞƏRH

Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunmaıs ehtimalı yüksək olaraq qalır. Məlumatda göstərilib ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi bir tərəfdən daxili narazılığı minimuma endirməyə çalışır, digər tərəfdən isə Ukraynanın gözlənilən əks-hücum əməliyyatlarının qarşısını almağa səy göstərir. 

 

Proqnoza görə, Rusiya orduda şəxsi heyətin sayını arıtrmaq üçün yollar axtarır.

 

Daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu da Rusiyada səfərbərliyin növbəti dalğasının gözlənildiyi barədə məlumat yayıb.

 

Əvvəllər də dediyimiz kimi, Rusiyanın imkanları getdikcə tükənir. Bu, özünü daha çox şəxsi heyətin sürətlə məhv olunmasında göstərir. Belə ki, Rusiya ordusu hər gün təxminən 1000 nəfər’ yaxın itki verir. Əlbəttə, bu, ciddi göstəricidir. “Vaqner”çilər Rusiya ordusunun itkilərini kompensasiya edə bilmirlər.  

Nəzərə almaq lazımdır ki, qarşıdakı aylarda müxtəlif Qərb dövlətləri, o cümlədən Almaniya, Polşa, Britaniya Ukraynaya ağır tanklar verəcəklər. Ondan sonra isə Rusiyanın işi daha da çətinləşəcək. Məhz ağır tanklar sayəsində döyüş meydanındakı durum Kiyevin xeyrinə dəyişə bilər. Moskva bunu başa düşür. Ona görə də Rusiya tankların Ukraynaya təhvil verilməsinə kimi növbəti hücumlara keçməyə tələsir. 

 

İkinci bir tərəfdən, fevralın 24-də müharibənin ildönümü tamam olacaq. Həmin vaxta bir aydan da az vaxt qalıb. Rusiya fevralın 24-dək döyüş meydanında müəyyən uğur əldə etməyə çalışacaq. Bu Kremlə həm daxili, həm də beynəlxalq ictimai rəyi formalaşdırmaq üçün lazımdır. 

Hər iki məqam onu deməyə əsas verir ki, qarşıdakı həftələrdə Rusiyada səfərbərliyin növbəti dalğası elan olunacaq. 

 

Kənan Novruzov, 

siyasi ekspert

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.