Bu gün Bakının Nəsimi Rayon Məhkəməsi Demokratik Qüvvələrin Milli Şurası Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli barəsində bəraət hökmü çıxarıb.
Bu barədə vəkil Aqil Lahıc məlumat verib.
Onun sözlərinə görə, məhkəmə istintaqı zamanı G.Hacıbəylinin 147.2-ci maddə (ağır cinayətdə ittiham etməklə böhtan) ilə təqsiri sübuta yetirilməyib.
“Turan”xatırladır ki, ona qarşı sosial şəbəkə istifadəçisi Leyla Arif xüsusi ittiham qaydasında ittiham irəli sürmüşdü. O, G.Hacıbəylinin "talış" və "separatçı" anlayışlarını eyniləşdirdiyini iddia edirdi.
G.Hacıbəyli yalnız 1993-cü ildə Azərbaycanın cənubunda Talış-Muğan Respublikasını elan edən, buna görə ömürlük həbsə məhkum olunan Əlikram Hümbətovun fəaliyyətinə bərat qazandırılması ilə razı olmadığını bildirmişdi.