ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş məsləhətçi təyin etdi

ABŞ Dövlət Departamenti Cənubi Qafqaz üzrə yeni baş məsləhətçi təyin edib.

 

Senzor.az bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken “Tvitter” hesabında yazıb.

 

“Bu gün mən Luis L. Bononun Qafqaz danışıqları üzrə yeni baş məsləhətçimiz təyin olunduğunu elan edirəm. Onun səyləri Cənubi Qafqazda münaqişələrin sülh yolu ilə həlli istiqamətində işimizi daha da inkişaf etdirəcək”, - deyə Blinken vurğulayıb.

 

Louis Bono zəngin diplomatik təcrübəyə malikdir, ABŞ-ın Beynəlxalq Atom Enerjisi Agentliyində, Birləşmiş Millətlər Təşkilatının Vyanadakı ofisində və Müqəddəs Taxt-tacda müvəqqəti işlər vəkili vəzifələrində çalışıb.

 

O həm də Bəsrədə Milli Təhlükəsizlik Şurasında regional direktor vəzifəsində işləyib və dövlət katibinin iqtisadiyyat üzrə müşavirinin müşaviri olub. Bono eyni zamanda West Point-dəki Hərbi Kollecdə təlimatçı vəzifəsində çalışıb.

 

"ABŞ Ermənistan və Azərbaycana sülh sazişi, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli siyasi həlli ilə bağlı danışıqlara kömək etmək öhdəliyi götürür", - Blinken bildirib.

 

Dövlət katibi əlavə edib ki, onun təyinatı həm də ABŞ-ın Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə verdiyi əhəmiyyəti təsdiqləyir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.