Türkiyənin ikinci “Togg” elektromobili İlham Əliyevə veriləcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin yerli istehsalı olan ikinci “Togg” elektromobilinin Azərbaycan Prezidenti İlham Əliyevə veriləcəyini bildirib.

 

TRT-nin efirində jurnalistlərin suallarını cavablandıran Ərdoğan xatırladıb ki, istehsal olunacaq ikinci elektromobili Azərbaycanın dövlət başçısı İlham Əliyev istəyib: "Dərhal növbəyə İlham bəy keçdi. Əliyev “ikincini mənə verin” dedi".

 

Qeyd edək ki, kütləvi istehsaldan sonra ilk elektromobilin sahibinin Ərdoğan olduğu vurğulanır. Dövlət başçısı qeyd edib ki, həyat yoldaşı Əminə Ərdoğanla məsləhətləşdikdən sonra öz avtomobilinin rəngi ilə bağlı seçim qərarını Türkiyənin birinci xanımının öhdəsinə buraxıb.

 

“Report” xatırladır ki, Türkiyənin yerli avtomobili “Togg”un Gemlikdəki zavodu ötən ilin 29 oktyabrında açılıb. Zavodun açılışı ilə yerli avtomobilin kütləvi istehsalı prosesi başlanıb.

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə "Togg" elektromobilini sınaqdan keçirib. Dövlət başçısı "Gemlik" zavodunun işçiləri qarşısında çıxışı zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər istehsal 1 milyonu ötəcək.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.