Avropa İttifaqı (Aİ) ölkələri Rusiyanın neft məhsullarına tavan qiyməti tətbiq etmək barədə razılığa gəliblər.
TASS xəbər verir ki, Aİ səfirləri fevralın 3-də dizelin qiymətinin yuxarı həddinin 100 dollar/barel, neft məhsullarının endirimli qiymətinin isə 45 dollar/barel səviyyəsində müəyyən edilməsi barədə razılığa gəliblər.