Netanyahu Ukraynaya silah tədarükü ilə bağlı məsələni araşdıracaq

İsrailin Baş naziri Benyamin Netanyahu milli maraqları nəzərə alaraq Ukraynaya silah tədarükünün mümkünlüyünü araşdıracağını bildirib.

 

Netanyahu bu barədə Fransanın “LCI” telekanalına müsahibəsində danışıb.

 

O bildirib ki, silah tədarükü məsələsi əvvəlki İsrail hökuməti tərəfindən nəzərdən keçirilib və rədd edilib.

 

“Mən bu məsələni öyrənəcəyəm və ən adekvat cavab verəcəm. Biz bu məsələni milli maraqlarımıza uyğun olaraq nəzərdən keçiririk”, - deyə Baş nazir vurğulayıb.

 

“İsrail Kiyevi xüsusən də “Dəmir günbəz” hava hücumundan müdafiə sistemi ilə təmin etmək məsələsini nəzərdən keçirirmi” sualına Netanyahu müsbət cavab verib: “Bəli, mən bu barədə düşünürəm. Deyə biləcəyim tək şey budur”.

 

Netanyahu xatırladıb ki, İsrail hələ hökuməti tam formalaşdırmalı və xarici siyasətini müəyyənlləşdirməlidir.(APA)






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.