Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar Türkiyə xalqına və həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə o, “Tvitter”də yazıb.
“Bu çətin vaxtda Türkiyə xalqının yanındayıq. Zəlzələnin nəticələrinin aradan qaldırılması üçün əlimizdən gələni etməyə hazırıq”, - deyə V.Zelenski vurğulayıb.